Cavab vərəqəsi
Riyaziyyat
Sual 1 / 5
0/ 5 düz cavab
DİM formatında onlayn və kağız imtahan. Suallar yoxlanılmış hovuzdan seçilir, bal avtomatik hesablanır, zəif mövzular imtahan bitən kimi görünür.
Qeydiyyat pulsuzdur. Kabinet sənəd yoxlanandan sonra açılır.
Riyaziyyat
Sual 1 / 5
0/ 5 düz cavab
Sınayın: dairəyə toxunun, cavab qeydə alınsın.
Hər həftə bir dəfə
Hər həftə 7 gündən birində, 14:00 ilə 24:00 arasında bir saatlıq pulsuz sınaq açılır. Şənbə və bazar da ola bilər. Gün, saat və fənn əvvəlcədən bilinmir, sınaq başlayanda burada görünəcək.
Reytinq şagirdlərin real imtahan nəticələrindən hesablanır. Bu yeri satın almaq olmur.
Reytinq hər ayın 1-i əvvəlki ayın nəticələri ilə yenilənir. Müəllim üçün ən azı 5 şagird və 2 imtahan, kurs üçün 10 şagird lazımdır. Qayda pozuntulu cəhdlər sayılmır, müəllim yalnız öz razılığı ilə göstərilir.
Balınızı, altqrupunuzu və istədiyiniz ixtisasları yazın — DİM keçid balları əsasında ərizə üçün 15 sətirlik kodlaşdırma sırası qurulur, hər sətrin niyə orada olduğu izah olunur.
Sual seçimindən mövzu analizinə qədər hər addım eyni yerdədir.
Müəllimlər və repetitorlar
Hər imtahandan sonra hansı mövzunun sinfə çətin gəldiyini, kimin geri qaldığını və hansı sualda səhvlərin yığıldığını görürsünüz.
Növbəti dərsə loqarifmlərlə başlayın: sinif bu sualların yalnız 31%-nə düz cavab verib.
Hazırlıq kursları və məktəblər
Nəticələr kurs səviyyəsində yığılır: hansı qrup irəlidədir, hansı fənn geri qalır, hər müəllim nə qədər imtahan keçirib. Kursunuzun ictimai səhifəsi və müraciət forması da olur.
| Müəllim | İmtahan | Orta |
|---|---|---|
| Riyaziyyat, 2 qrup | 14 | 74% |
| Azərbaycan dili, 3 qrup | 11 | 63% |
| İngilis dili, 2 qrup | 9 | 71% |
| Tarix, 1 qrup | 6 | 44% |
Tarix qrupunda son iki imtahanın ortası 44%-dir. Müəllimlə danışmağın vaxtıdır.
Şagirdlər və valideynlər
Şagird müəllimin imtahanına telefonla qoşulur, imtahandan sonra nəticəni və səhv etdiyi sualların izahını görür. Valideyn öz kabinetindən övladının irəliləyişini izləyir.
Blok sınağı, I qrupTəhvil verildi
487/ 700 bal
Sual 12, sizin cavab C, düzgün B
Cismə təsir edən qüvvə iki dəfə artarsa, təcil necə dəyişər?
İzah: Nyutonun II qanununa görə a = F / m. Kütlə sabit olduqda təcil qüvvə ilə düz mütənasibdir, yəni iki dəfə artır.
Kağızda əllə etdiyiniz işlər burada özü görülür.
Qapalı, açıq kodlaşdırılan, uyğunlaşdırma, situasiya və yazılı tapşırıqlar.
A–J variantları ilə çap, optik cavab vərəqəsi və nəticənin sistemə daxil edilməsi.
Blok və buraxılış şablonlarında bal rəsmi düsturla, fənn əmsalları ilə hesablanır.
Tab dəyişmə və ekrandan çıxma qeydə alınır, limit keçiləndə imtahan təhvil verilir.
Hovuz rejimində şagird əvvəl gördüyü sualı yenidən almır, variantlar qarışdırılır.
Riyazi düstur, kimyəvi formul, həndəsi fiqur və audio ilə sual yazmaq olur.
Qruplar, dərs cədvəli, davamiyyət jurnalı və ödəniş qeydləri bir yerdə.
Nəticə çıxanda valideyn öz kabinetində görür, müəllimə əlavə zəng lazım olmur.
Abunəlik balansdan ödənilir və istənilən vaxt dayandırılır. Şagirdlər ödəniş etmir.
Fərdi müəllim və repetitor
Hazırlıq kursu və məktəb
Şagird və valideyn
Cavabı burada tapmadınızsa, info@diplomon.az ünvanına yazın.
Qeydiyyatdan keçin və müəllim olduğunuzu təsdiqləyən sənədi yükləyin (diplom, iş yerindən arayış və ya sertifikat). Administrator sənədi yoxlayandan sonra kabinet açılır.
Müəllimin qrupundadırsa, imtahan kabinetində özü görünür. Qrupdan kənar şagird müəllimin verdiyi 6 simvolluq kodla qoşulur.
Müəllimlərin yazdığı və həmkar yoxlamasından keçən suallar ortaq hovuza düşür. İmtahan qurarkən mövzu, çətinlik və say seçirsiniz, suallar hovuzdan götürülür. Öz suallarınızı da əlavə edə bilərsiniz.
Qapalı, kodlaşdırılan və uyğunlaşdırma sualları avtomatik yoxlanılır. Yazılı tapşırığı müəllim qiymətləndirir. DİM şablonunda bal DİM düsturu ilə hesablanır.
Hər həftə, həftə sonu da daxil olmaqla istənilən gün 14:00 ilə 24:00 arasında bir saatlıq qoşulma pəncərəsi açılır. Bu saat ərzində qoşulan hər şagird tam müddət alır, hətta son dəqiqədə qoşulsa belə. Gün, saat və fənn əvvəlcədən elan olunmur.
Abunəlik balansdan ödənilir, balansı bank kartı ilə artırmaq olar. Abunəliyi istənilən vaxt dayandıra bilərsiniz, ödənilmiş dövr bitənədək kabinet açıq qalır.
Hər rol yalnız özünə aid olanı görür: müəllim öz şagirdlərini, valideyn öz övladını, kurs rəhbəri öz kursunu. Məlumatlar şifrələnmiş bağlantı ilə ötürülür və üçüncü şəxslərə verilmir.
Qeydiyyat bir neçə dəqiqə çəkir. Sənəd yoxlanandan sonra kabinet açılır.